KANAL24.AZ
Az Iw En Ru

Sonsuzluğun qarşısını alır - Pomidor suyu

Yeməklərimizin dad qaynağı olan pomidorun suyunun sağlamlığa xeyirli olduğunu bilirdinizmi?

Revmatizmdən baş ağrılarına, mədə xəstəliklərindən soyuqdəyməyə qədər bir çox xəstəliklərin dərmanıdır pomidor suyu. Bundan başqa:

C və E vitaminləri ilə zəngin olan pomidor suyu tərkibində az miqdarda duz olduğu üçün yüksək qan təzyiqini aşağı salmağa kömək edir və bədənin su yığmasının qarşısını alır;
Öd və böyrək daşlarının salınmasına kömək edir;
Antioksidan özəlliyi ilə xərçəngə və ürək xəstəliklərinə tutulma riskini, iflic və katarakt təhlükələrini azaldır; 
Ürək xəstəliklərindən qoruyan və bir çox əlavə faydası olan likopen maddəsi pomidor suyunun 85%-ində var;
Likopen sonsuz kişilərdə sperma sıxlığını və hərəkətliliyini artıraraq sonsuzluğun qarşısını alır; 
Pomidor suyu həzmi asanlaşdırır, nişastalı yeməklərin (xəmir xörəkləri, quru ərzaq) asanlıqla həzm olunmasına kömək edir;
Pomidor suyundakı yüksək miqdarda C vitamini immun sisteminin güclənməsində, qrip və soyuqdəymənin müalicəsində faydalıdır;
Mədə və bağırsağın normal fəaliyyətinə kömək edir;
Qəbizliyi aradan qaldırır;
Revmatizmə faydalıdır;
Damar sərtliyini aradan qaldırır;
Dəriyə təzəlik və allıq verir;
Arı sancmasında və yanıq izlərinin müalicəsində istifadə edilə bilər; 
Böyrəklərdəki iltihaba qarşı ən yaxşı vasitə pomidor suyudur. 


02:55 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər