KANAL24.AZ
Az Iw En Ru

"Qəbələ" finalın bir addımlığında

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin görüşləri keçirilir.

Kanal24.az -in məlumatına görə, ilk oyun Bakıda "İnter" və "Qəbələ" klubları arasında baş tutub.

Matça qonaqlar fəal başlayıblar - 15-ci dəqiqədə Daniel Subotiç penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 3 dəqiqə sonra Adrian Skarlatake hesaba tarazlıq gətirib.

48-ci dəqiqədə D.Subotiç dubla imza atıb. Oyunun 88-ci dəqiqəsində isə Filip Ozobiç "Qəbələ"ni finala bir addım yaxınlaşdırıb - 1:3.

Yarımfinal digər oyununda "Neftçi" "Qarabağ"la qarşılaşacaq.


01:59 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər