KANAL24.AZ
Az Iw En Ru

Varlıları da ölümə aparan depressiya: Bu 10 əlamət sizdə varsa...

Fəslin dəyişməsi ilə insanlarda müşahidə olunan ruhi hallardan biri də depressiyadır.Fəsil dəyişikliyi bir çox insanlarda depressiya yaradır və zamanında qarşısı alınmadığı təqdirdə hətta intihara qədər yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin araşdırmasına görə hazırda dünyada ən azı 350 milyon insan depressiyadan əziyyət çəkir və bu say tədricən artmaqda davam edir. Belə hesab edilir ki, 2020-ci ildə depressiya ürəyin işemik xəstəliyindən sonra əlilliyə yol açan ikinci xəstəlik olacaq.

Depressiya: ölümə aparan xəstəlik

Bəziləri belə hesab edir ki, depressiya sadəcə, insanın həval-ruhiyyəsinin dəyişməsi və dünyaya baxışında daha pessimist notların yer almasıdır.Buna görə də depressiyaya ciddi yanaşmayanlar çoxdur.Məhz bu mövqe depressiyann qarşısını almağa mane olur və onun faciəli nəticələrini doğurur.Mütəxəssislərin fikrincə, depresssiyaya sadəcə, əhval-ruhiyyədəki dəyişiklik kimi baxmaq yanlışdır.Depressiya müalicə olunmayacağı təqdirdə daha ağır xəsətliklərə keçə bilər və ən təhlükəli nəticə şəxsin intihara meyilli olmasıdır.Depressiyaya fərqli yanaşma tələb edilir.Anlamaq lazımdır ki, depressiya xəstəlikdir və onu mütləq müalicə etmək lazımdır.Depressiyanın müalicə üsulları getdikcə inkişaf edir və çox effektlidir.Ancaq statistika göstərir ki, müalicəni depressiyaya düşən pasiyentlərin ancaq 10 faizi düzənli olaraq qəbul edir.Qalan 90 faizi müəyyən isə onlara qoyulan diaqnozu ciddi qəbul etməyərək müalicədən yayınır.Digər qisim isə ümumiyyətlə, depressiyanı ciddi qəbul etməyərək bununla psixoloji dəyişikliyin baş verməsini gizlətməyə çalışırlar.

Bu 10 əlamət sizdə varsa...

Depressiyanı müəyyən etmək həm çətin, həm də asandır. Bir çox insanlar depressiyaya düşdükləri zaman bunu özləri hiss edir və ətrafdakılara bildirirlər. Ancaq böyük bir qrup insan depressiyaya düşdüyü zaman bunu nəinki ətrafdan, hətta özlərindən də gizlədirlər ki, fəsadı ağır olur.

Unutmaq lazım deyil ki, depressiya xəstəlikdir.Bu xəstəliyə tutulan şəxs həyata, hər hansı fəaliyyətə olan bütün marağını, həvəsini itirir, nikbinlikdən əsər-əlamət qalmır, hətta gündəlik fəaliyyətindən belə əl çəkir.İnsanın bu halı ən azı 2 həftə davam edir. Depressiyaya düşən insanlarda aşağıdakı əlamətlərdən bir neçəsi müşahidə edilir:

1. Enerji çatışmazlığı.
2. İştahanın azalması
3. Yuxusuzluq və ya 
ancaq yatmaq istəmək
4. Həyəcan
5. Konsentrasiyanın azalması
6. Qətiyyətsizlik
7. Narahatlıq
8. Lazımsızlıq duyğusu
9. Günah hissi
10. İntihar haqqında 
düşüncələr.

Varlıların xəstəliyi

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin təyin etdiyi bu əlamətlər depressiyaya düşən insanlar üçün xarakterikdir.2 həftə boyunca bu əlamətlərin müşahidə edildiyi insanlar sonra daha təhlükəli dövrə qədəm qoya bilərlər.Mütəxəssislərin qənaətincə, depressiya bəzi hallarda hansısa xəstəliklərlə bağlı dərman qəbulundan da yarana bilər.Ancaq bu halda depressiya da dərman qəbulunun dayandırılması ilə başa çatır.Ancaq əsl depressiya zamanı dərman preraratlarının qəbulu rol oynamır. Depressiyaya düşən adam kədərli olur. Hər şeyə marağını itirmiş kimi görünür, bu isə onun işinə, ailə həyatına marağını azaldır.Bəzən isə hətta belə insanlarda qəddarlıq özünü göstərir.Depressiyanın daha zəif insanlarda müşahidə edilməsi barədə düşüncələr də yanlışdır.İstənilən yaş qrupundan olan və istənilən ruhi durumdakı insan depressiyaya düşə bilər.  Tanınmış psixoloqlara müraciət edənlər arasında kifayət qədər tanınmış iş adamları, sənət xadimləri də az deyil. Depressiyaya bəzən “varlılaırn xəstəliyi” də deyirlər.Ancaq depressiyaya düşənlər arasında yuxarı sinif şagirdləri, yeni doğuş edən qadınlar, idmançılar da var.

Dərmanlar insanı zombiyə çevirir?

Depressiyaya düşən insanın ətrafından xüsusi diqqət tələb olunur.Belə ki, depressiyaya düşmüş insana laqeyd münasibət vəziyyəti gərginləşdirə bilər.Depressiayaya xəstəlik kimi yanaşıb müalicə üsullarından istifadə etmək lazımdır.Ancaq təəssüf ki, bir çoxları mütəxəssislərin verdiyi dərmanlardan imtina edir və düzənli qəbul etmirlər.Bunun əsas səbəblərindən biri antidepresant dərmanların insanda digər təsirlər yaratması barədə yanlış düşüncələrdir.Hətta bəziləri “antidepresantlar insanı zombiyə çevirir” kimi yanlış düşüncələri də yayırlar.Mütəxəssislər bunda heç bir əsas görmür və düzənli dərman qəbulunun bu xəstəlikdən çıxış yolu kimi dəyərləndirirlər. Bəzi hallarda depressiyanın müalicəsi dərmansız da  mümkün olur, ancaq bu hallar üstünlük təşkil etmir. 

Depressiyadan çıxmağın ilk yolu

Hətta həyat tərzini dəyişdirməklə də depressiyadan çıxmaq mümkündür.Bu, daha çox qısamüddətli depressiya hallarında mümkündür.Depressiyaya düşən insanların bir çoxunda bu xroniki xarakter daşıyır və bir neçə ay ərzində davam edir. Hətta 10 il ərzində depressiya simptomlarını yaşadan insanlar da var. ÜST-nın dəfələrlə dünyanın diqqətini bu problemə cəlb etmək üçün kampaniyalar keçirib. Kampaniyanın devizi “Depressiya: Gəl, danışaq” olur. Mütəxəssislər belə hesab edirlər ki, depressiyaya düşən insanlarla danışmaq onları problemdən qurtarmağın ilk yoludur.

Günəş xoşbəxtlik gətirir

Yazın gəlişi ilə insanlarda daha çox mövsümi depressiya müşahidə olunur.Eyni vəziyyət bütün fəsil dəyişikliklərində özünü büruzə verə bilər.Araşdırmalara görə Günəş işığı insanın əhval-ruhiyyəsinə birbaşa təsir gücünə malikdir.Daha çox Günəş işığı insanlarda sevinc hormonu olan endorfinin ifrazına səbəb olur.Bu isə həyata nikbin yanaşmağa kömək edir.Hətta pəncərədə görünən Günəş işığından da depressiyaya düşmə halları mümkündür və bu da mövsümi depressiya adlanır.

Yaz depressiyası: Səbəb tapılmır

Mövsümi depressiya əsasən payız və qış aylarında özünü göstərsə də yazda da müşahidəsi istisna deyil.Mövsümi depressiyanın əlamətləri adi depressiyadan o qədər də fərqlənmir.Ancaq mövsümi depressiya fəsildən asılı olaraq ya Günəş işığının düşdüyü, ya da havanın qaranlıqlaşdığı zaman baş verir. Mövsümi depressiya halları pik həddinə yanvar-fevral aylarında çatsa da, aprel-may aylarında da müşahidəsi mümkündür.

Depressiyanın belə formasına yaxalanan şəxslərdə əhval-ruhiyyənin aşağı düşməsi,  melanxoliya, qıcıqlanma, yuxu problemi, enerji azalması, iştahanın kəsilməsi və ya kəskin artımı, ətrafa laqeydlik müşahidə olunur. Belə şəxslər özlərini sosial aləmdən təcrid edir, əmək fəaliyyəti ilə məşğul olmağa çalışmır və hətta xarici görünüşlərinə də fikir vermirlər.Mövsümi depressiyanın əsas səbəbi hələ açıqlanmayıb.Payız-qış aylarındakı bu depressiyanı Günış işğının azalması ilə izah etsələr də, yaz aylarındakı depressiyanı əlaqələndirmək üçün səbəb hələlik yoxdur.Çünki Günəş işığı birbaşa beynə təsir edən amil kimi dəyərləndirilir.

6 addımda sağlam həyat

Depressiyaya düşmə zamanı ilkin atılmalı olan addım yüngül antidepresantların qəbuludur.Bu, xəsətliyin mövsümü olub-olmamasından asılı olmayaraq qəbul edilməlidir.Həmçinin serotinin miqdarını tənzimləyən maddələrdən istifadə edilməldiir.Müalicə ilə yanaşı həyat tərzində də ciddi dəyişiklik etmək laızmdır. Bura aşağıdakılar daxildir:

1) Gün ərzində Günəş işığından qaçmayın və günəşli gündən maksimum faydalanmağa çalışın. Əgər günəşli havada da depressiyaya düşürsünüzsə, bu zaman daha ciddi psixoloji problemlərinizin olması mümkündür.
2) İdman edin. Bu, endorfin ifrazına səbəb olur ki, ruhi halı özünə qaytarmağın ən təbii yolu budur.
3) Pəncərənin qarşısında oturmağa çalışın. Xüsusilə, iş yerlərində pəncərə işığından özünüzü məhrum etməyin. 
4) Sağlam və kalorili qidalar qəbul edin. 
5) Stress atmaq üçün rəqs edə bilərsiniz. Əgər rəqs məşğələsinə yazılmağı mümkünsüz hesab edirsinizsə, sadəcə, yataqda atılıb-düşmək və ya ritmik musiqinin sədaları altında oynamaq da kömək edə bilər.Bunu 15 dəqiqə davam edə bilərsiniz.
6) Həftədə azı 1 dəfə sakitləşdirici vanna qəbul edin. 

Cəbhə.info


21:20 30.03.2017
Xəbər lenti
Bütün xəbərlər