KANAL24.AZ
Az Iw En Ru

UEFA prezidenti sözünün üstündə durdu

Avropa klubları Superliqanın təşkil olunması fikrindən imtina ediblər.

Avropa Klublar Assosasiyasının prezidenti Karl-Haynz Rummenige UEFA-nın Avrokuboklarda həyata keçiriləcək islahatları dəstəklədiklərini qeyd edib.

"2018 və 2021-ci illərdə Avropa Liqası və Çempionlar Liqası üzrə islahatlarla tam razıyıq. Biz UEFA-nın bayrağı altında turnirlərə qatılacağıq. Yaxın illərdə Çempionlar Liqası daha cəzbedici və güclü olacaq" - Rummenige deyib. Bir neçə gün öncə UEFA prezidenti Aleksander Çeferin də vəzifədə olduğu müddətdə Superliqanın təşkil olunmayacağını bildirmişdi.

06:37 30.03.2017
Xəbər lenti
Bütün xəbərlər