KANAL24.AZ
Az Iw En Ru

Moldova millimizlə oyun üçün heyəti açıqladı

Azərbaycan milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək futzal üzrə Moldova yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Vladimir Vusatı 12 futzalçıya dəvət göndərib. 

Qapıçılar: Oleq Kitoroaqe ("Klassik"), Nikolay Nyaqu ("Torun", Polşa)

Meydan oyunçuları: Kristian Obade, Sergey Takot (hər ikisi "Autoberqamo", Rumıniya), Sergey Nikolayçuk, Aleksandr Tsımbalist, Andrey Neqara, Leonid Podlesnov (hamısı "Klassik"), Nikolay İqnat, Ştefan Kozaryuk (hər ikisi "Balkan Farmasyutikals"), Lilian Qutsu ("Viktoriya Buykan"), Sergey Muntyanu ("Proqress")

 

Qeyd edək ki, 29-30 martda Bakı İdman Sarayında keçiriləcək hər iki matç saat 18:30-da başlayacaq.


19:49 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər