KANAL24.AZ
Az Iw En Ru

Tovuzda toyuq oğrusu tutuldu

Tovuz rayonunda ev quşu oğurluğu ilə məşğul olan 21 yaşlı gənc saxlanılıb.

Rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əlimərdanlı kənd sakini İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Dindirilmə zamanı məlum olub ki, İ.Verdiyev müxtəlif vaxtlarda yaşadığı kənddə bir neçə sakinin hinindən ev quşları oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


14:40 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər