KANAL24.AZ
Az Iw En Ru

İrandan Azərbaycana narkotik gətirən qadın saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


19:49 27.03.2017
Xəbər lenti
Bütün xəbərlər