KANAL24.AZ
Az Iw En Ru

Merkel Aİ-nin bir sıra səhvlərə yol verdiyini etiraf edib

Avropa İttifaqı bir sıra səhvlərə yol verib ki, onları düzəltmək lazımdır.

Bunu Almaniya kansleri Angela Merkel İtaliya televiziyasına müsahibəsində deyib.

Bununla belə o, əvvəldən qarşıya qoyulmuş vəzifələrin başa çatdırılmasının zəruri olduğunu bildirib.

Merkel miqrant məsələsi, Avropa valyutasının fəaliyyət sistemində çatışmazlıqlar və xarici sərhəd problemlərini Avropanın düzəltməyə çalışdığı əsas çətinliklər sırasında qeyd edib.

16:13 25.03.2017