KANAL24.AZ
Az Iw En Ru

Estoniya və ABŞ birgə hərbi təlimə başlayıb

Martın 20-də Estoniya və ABŞ "Kuldlabidakene-2017" birgə hərbi təliminə başlayıb.

Kanal 24.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Hərbi təlimdə Estoniyanın İkinci piyada briqadasının bölüyü, minaatan batareyası, minaaxtaranlar, kəşfiyyatçılar, tank əleyhinə bölük, ABŞ tərəfdən isə ordunun 68-ci zirehli polkunun birinci taboru "Abrams" tankları və "Bradley" zirehli maşınları ilə iştirak edir. Təlimdə ABŞ-ın "UH-60 Black Hawk" markalı hərbi vertolyotu da iştirak edir.


17:16 21.03.2017
Xəbər lenti
Bütün xəbərlər