KANAL24.AZ
Az Iw En Ru

Oğurluğa cəhd və ya səhv anlaşılma;Fəhlə işindən oldu

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus “Zığ” Gəmi Təmiri Zavodunun qarət olunması ilə bağlı martın 14-də bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

QSC-dən verilən məlumatda bildirilir ki, həmin hadisənin mahiyyəti şişirdilib.

“Burda söhbət qarətdən yox, oğurluğa cəhddən gedir. Zavodun əməkdaşı, fəhlə kimi çalışan Adil Kazımov istehsala yararsız 10 kiloqramdan çox olmayan mis qırıntılarını aparmaq istəyib. Amma onun bu cəhdi baş tutmayıb, mis qırıntıları müəssisənin ərazisindən kənara çıxmayıb.

Bununla əlaqədar, Adil Kazımov inzibati qaydada cəzalandırılaraq işdən kənarlaşdırılıb”, - məlumatda qeyd olunub.


19:27 15.03.2017