Samux rayonu, Burunqovaq kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verilir ki, Samux rayonu, Burunqovaq kəndində yanğın nəticəsində 50 ha sahədə qamışlıq, kol-kos və 40 ədəd söyüd ağacı yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.