KANAL24.AZ
Az Iw En Ru

İlham Mirzəyevə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

 
 
Kanal24.az APA-ya istinadən xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

 


21:49 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər