KANAL24.AZ
Az Iw En Ru

BMT-nin Ebola virusuna yoluxmuş əməkdaşı vəfat etdi

BMT-nin Liberiyada ölümcül Ebola virusuna yoluxmuş yüksəkvəzifəli əməkdaşı Almaniyada vəfat edib.

Kanal24.az xəbər verir ki, bu barədə səhiyyə orqanlarının əməkdaşları məlumat veriblər. Məlumatı RİA Novosti yayıb.

Bir az əvvəl xəstənin oktyabrın 9-da Liberiyadan Leypsiqə gətirildiyi, yerli klinikaya yerləşdirildiyi barədə məlumat verilmişdi. Bu müddət ərzində həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirmişdilər.

Qeyd edək ki, bu virus tər, qan, tüpürcək yolu ilə yayılır. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.


22:53 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər