KANAL24.AZ
Az Iw En Ru

Bananın bilmədiyiniz FAYDALARI

Bananın bir çox vitaminlərlə zəngin protein qaynağı olduğunu bilirdik. Ancaq onun həm də yuxu probleminin qarşısını alacaq gücə malik olduğundan yəqin ki, çoxmuzun xəbəri olmayıb...
 
Ehtiyacınız olanlar, bir banan, bir qazan, bir az su, bir də istəsəniz bir qədər darçın. Əvvəl qazanda suyu qaynatmaq lazımdır. Sonra bananın uclarını kəsib, qabıqları ilə birlikdə qazana yerləşdiririk.
 
 
10 dəqiqəyə qədər dəmlənməsini gözləyirik. Dəmləndikdən sonra bir fincana süzürük.
İstəsəniz, bu mərhələdə darçın da gözəl dad verir. Bu çayı içdikdən sonrakı bir saat içində yuxu zəmanətlidir. Qaynamış bananı isə qabıqlarını soyub az darçınla birlikdə dadlı təam olaraq yeyə bilərsiniz.
 
Yaxşı necə olur ki, banan yuxu gətirir? Banan, xüsusilə də qabıqları, maqnezium və kalium baxımından çox zəngin bir meyvədir. Maqnezium yuxu pozuqluqlarının müalicəsində çox təsirli bir maddədir.
Potasyumla bir araya gəldikdə isə əzələlərin boşalmasını təmin edir. Bu səbəbdən yuxu üçün möhtəşəm bir təsirə malikdir.
 
 
Digər tərəfdən bu çay üçün mümkünsə orqanik banan istifadə edin. Orqanik banan tapa bilmirsinizsə da bananı isti suya atmazdan əvvəl çox yaxşı təmizləyin. Çünki bananı qabığı ilə birlikdə qaynatdığınız üçün, qabıqdan yığılmış ola biləcək zərərli maddələrin suya keçmə ehtimalı var.

01:51 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər