KANAL24.AZ
Az Iw En Ru

Yuxusuzluq və ürək çatışmazlığı arasında BAĞLILIQ...

Yuxusuzluq bir adamın nizamsız yaşamasını yaradan bir xəstəlikdir. İnsanların çoxu öz həyat müddətində ən az bir dəfə yuxusuzluq və ya yuxusuzluq kimi problemlərlə qarşılaşırlar. Əhalinin təxminən  10%-i  xroniki yuxusuzluqdan əziyyət çəkməkdə olduğu məlumdur.
 
Yuxusuz qalan insanlarda ürək çatışmazlığı təhlükəsinin daha çox olacağı aşkar olunub.
 
Norveçli Dr. Lars Loqsənd və heyəti yaşları 20-89 olan 54 279 insanın sağlamlıq məlumatlarını 11 il tədqiq edib. Elm adamları yuxusuzluq əlamətlərinin üçünə malik olan insanlarda ürək çatışmazlığının üçqat artdığını müşahidə edib. Yuxuya getmədə çətinlik çəkmə, yuxunun pozulması və səhər tezdən oyana bilməmə ilə ürək çatışmazlığı arasında əlaqə aşkar etdiklərini bildirən Loq-sənd, bu üç əlamətə malik olan insanlarda təhlükənin heç bir əlaməti olmayan və ya əikisinə malik olan insanlarda daha çox olduğunu vurğulayıb.
 
 
Lakin o, yuxusuzluğun ürək çatışmazlığına səbəb olub-olmamasının bilinmədiyini, belə vəziyyət yarandıqda yuxusuzluğun, yuxu vərdişlərilə bağlı sadə tövsiyələrlə müalicə edildiyini deyib. Yuxu problemlərinin dərindən öyrənilməsinin ürək çatışmazlığının qarşısının alınmasına şərait yaradacağını bildirən Loqsənd yuxusuzluğun ürək çatışmazlığı təhlükəsilə əlaqəsinin hələ isbat edilmədiyini qeyd edib.
 
Təhlükəyə bioloji cəhətlərin səbəb olması ilə bağlı kəşflərin mövcud olduğunu, yuxusuzluğun gərginlik yaradaraq ürəyin işləməsinə mənfi təsir etdiyini də qeyd edən elm adamı, mövzu ilə bağlı daha təfsilatlı araşdırmaların zəruri olduğunu bildirib.

00:52 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər