KANAL24.AZ
Az Iw En Ru

Damarları möhkəmləndirmək üçün 7 SADƏ MƏSLƏHƏT

Qan damarlarının sağlam, möhkəm və elastik olması ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas profilaktik tədbiridir.

Pis vərdişlər, düzgün olmayan qidalanma, stresslər damarların sağlamlığına ciddi ziyan vurur.

Damarların sağlamlığını qorumaq üçün mütəxəssislər bu kimi sadə tövsiyələr verir:

1. Hərəkətli olun. Hərəkət zamanı qan dövranı güclənir ki, damarlar daha fəal işləyir. Bu isə onların sağlamlığı üçün çox vacibdir. Əksinə isə hərəkətsizlik damarların divarlarını zəiflədir.
2. Kontrast duş (isti və soyuq suyun növbələşməsi) qəbul edin. Kontrast duş damarları möhkəmləndirmək üçün ən yaxşı vasitələrdən biridir.
3. Siqaret çəkməyin və spirtli içkiləri içməyin.
4. Qidalanmada şəkərin miqdarını azaldın. Şəkər damarların sağlamlığını məhv edir.
5. Gün ərzində kifayət qədər (1,5-2 l) təmiz su için.
6. İtburnu, yemişan, dazı otu, toz ağacı dəmləmələri için.
7. Sarımsaq, göyərti, paxlalar, sıyıqlar, kələm, kök, çuğundur, alma, balıq, balqabaq, yaşıl çay damarların sağlamlığına müsbət təsir edir.


06:47 11.03.2017
Xəbər lenti
Bütün xəbərlər