KANAL24.AZ
Az Iw En Ru

Keyfiyyəti puldan üstün tutan futbolçular

Çin Futbolun İnkişafının İslahatı Planı çərçivəsində, ölkə futbolunun inkişafı üçün xarici oyunçulara astronomik məbləğlər təklif edən Çin Super Liqasının komandaları kadrlarına mühüm oyunçuları cəlb edə bilsə də, bir çox tanınmış futbolçu da bu məbləğlərdən imtina ediblər.

Qış transferi dövründə 388 milyon avro ilə transferə ən çox pul xərcləyərək, İngiltərə komandalarını geridə qoyan Çin Super Liqası Karlos Tevez, Oskar, Aksel Vitsel və Con Obi Mikel kimi oyunçuları transfer etmişdir. Çin komandaları həmçinin, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç, Ueyn Runi, Yaya Ture, Robert Levandovski, Kərim Benzema və Dmitri Payet kimi ulduz futbolçuları heyətlərinə cəlb etmək istəsə də, ancaq heç birindən müsbət cavab ala bilməyib.

Real Madridlə 2021-ci il 30 iyun tarixinə qədər müqaviləsini uzadan portuqaliyalı Kriştiano Ronaldo, adı açıqlanmayan bir Çin klubundan 100 milyon avro transfer təklifini alıb. Real Madrid ulduz futbolçu üçün isə bonservis əvəzi olaraq 300 milyon avro verilməsini istəyib.
Mövsümün əvvəlindən Mançester Yunaytedə transfer olunan isveçli Zlatan İbrahimoviç də Çin komandalarının transfer siyahısında olan futbolçulardan biri olub. Vurduğu qollar və verdiyi uğurlu ötürmələr ilə Mançester Yunaytedin əsas oyunçularından olan və Premier Liqada bir mövsümdə 15 qol vuran ən yaşlı futbolçu titulunu əldə edən 35 yaşlı İbrahimoviç, çinlilərdən gələn 100 milyon avroluq transfer təklifindən imtina edib.

Mançester Yunayteddə 2004-cü ildən etibarən forma geyinən Ueyn Runi Mançester Yunayted və İngiltərə Milli Komandasında karyerası ərzində qırdığı rekordlarla indidən silinməz bir iz qoyub.
Liqada keçən ay oynadıqları Stok siti matçında Mançester Yunayted formasıyla 250-ci qolunu atan və klub tarixinin ən çox qol vuran futbolçusu kimi tarixə düşən Runeyə, həftəlik 820 min avro maaş təklif edilib. İngilis mətbuatında çıxan xəbərlərə görə, Runi əgər təklifi qəbul etsəydi, futbol tarixinin ən çox qazanan futbolçu adını qazanmış olacaqdı.


05:25 05.03.2017
Xəbər lenti
Bütün xəbərlər