KANAL24.AZ
Az Iw En Ru

Prezident Tehrana gedir: Politoloq İran mediasına nə dedi?

Azərbaycan Prezidenti İlham Əliyevin sabah İrana səfəri başlayır. Bunu “Skayp”la məndən müsahibə alan iranlı jurnalist dedi.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, İran mediasına açıqlamasında səfərin əhəmiyyəti haqqında danışıb:

“İranla Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf edir, birgə layihələr reallaşır, ancaq siyasi dairələrimizin və cəmiyyətimizin qonşu ölkədən başqa gözləntisi var: Dağlıq Qarabağ məsələsində İrandan, siyasi və dini dairələrdən real dəstək gözləyirik, Azərbaycan torpaqlarının işğalına, məscidlərin dağıdılmasına etirazınızı gözləyirik. Bildirin bu etirazı Ermənistan rəsmilərinə! Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə dəstək lazımdır. İran bunu edərsə, ikili münasibətlər daha çox inkişaf edər”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Azərbaycan Prezidenti İlham Əliyevin martın ilk günlərində İrana səfər edəcəyini bildirmişdi. Nazir Şahin Mustafayev isə İran səfərinin yekunları barədə fevralın 25-də verdiyi açıqlamada Prezidentin səfəri ilə bağlı hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu vurğulamışdı.


04:57 05.03.2017
Xəbər lenti
Bütün xəbərlər