KANAL24.AZ
Az Iw En Ru

"Mançester Yunayted"dən fanatları sevindirən qərar: Stadionda şərab satılacaq

Bundan sonra "Mançester Yunayted"in ev oyunlarında azarkeşlərə şərab satılacaq.

Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Britaniyalı həmkarlarımızın dediyinə görə, artıq İPL-in 27-ci turunun "Bornmut"la ev oyununda "qırmızı şeytanlar"ın fanatları qırmızı şərabın dadına baxa biləcəklər.
 
187 qramlıq şüşələrdə satılacaq şərabın qiyməti isə 4.8 funt olacaq.
 
Bildirilib ki, bu, azarkeşlərin çoxdankı arzusu imiş.
 
Qeyd edək ki, "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusson qırmızı şərab üzrə mütəxəssis kimi tanınır. 


23:44 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər