KANAL24.AZ
Az Iw En Ru

“ABŞ-da vətəndaş müharibəsi başlayacaq, əgər...” - Moskvadan TƏHDİD

“Əgər Vaşinqton Rusiya ABŞ-dakı səfiri Sergey Kislyakın bütün əlaqələrini dərc edərsə, o halda Amerika cəmiyyətini şimal və cənub arasında yeni vətəndaş müharibəsi təhdid edəcək”.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının üzvləri ilə Rusiya səfərinin əlaqələri ölkədə qalmaqal yaradıb. Trampın məsləhətçisi Maykl Flinndən (artıq istefaya göndərilib – red.) sonra ədliyyə naziri Jeff Seşnz və prezidentin kürəkəni, dövlət başçısının baş məsləhətçisi Cared Kuşnerin prezident seçkisi kampaniyası zamanı Sergey Kislyakla görüşdüyü ortaya çıxıb.


23:31 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər