KANAL24.AZ
Az Iw En Ru

Xəzərdən daha bir meyit tapıldı

"Azneft" İB-nin N. Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib.

Bu barədə itkin neftçilərlə bağlı Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində fəaliyyət göstərən Qərargahdan bildirlib.

Qeyd edilib ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.


23:26 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər