KANAL24.AZ
Az Iw En Ru

Tramp Putinlə əməkdaşlıqdan İMTİNA ETDİ

ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD terror təşkilatına qarşı mübarizə üzrə sazişi təxirə salmaq niyyətindədir.

Bu haqda prezident administrasiyasındakı mənbələrə istinadən “Associated Press” agentliyi bildirib.

Mənbələr qeyd edib ki, qərar “Moskvanın bu yaxınlardakı təxribatları”na görə qəbul edilmiş ola bilər. Bundan başqa, qərarnın qəbulunda Rusiya ilə əməkdaşlığa müsbət baxmayan müdafiə naziri Ceyms Mettis və Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmasterin rolunun olduğu deyilir.

Agentlik qeyd edir ki, Trampda Rusiya ilə əməkdaşlığın qaydaya salınmasının məqsədəuyğunluğuna dair şübhələr ABŞ-ın baş prokuroru Jeff Seşnzın Moskvanın nümayəndələri ilə gizli görüşlər keçirdiyinə görə səslənən ittihamlar fonunda yaranıb.


22:22 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər