KANAL24.AZ
Az Iw En Ru

Türkiyə danışıqlar aparmağı rədd etdi - Böhran

Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ alman həmkarı Xayko Maasın təcili görüş istəyini rədd edib.

Bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Maas martın 2-si Bəkir Bozdağa zəng edərək “hazırda olduğunuz yeri deyin, mən oraya gələrəm. Təcili şəkildə görüşməliyik”, - deyib və tərəflər saat 18:00-a görüş təyin ediblər.

Lakin Bozdağın və İqtisadiyyat naziri Nihat Zeybəkçinin iştirakı ilə Almaniyanın müxtəlif şəhərlərində referendumla bağlı keçirilməsi planlaşdırılan təşviqat toplantısının ləğv olunmasından sonra Bozdağ buna cavab olaraq, Xayko Maasla görüşməyi rədd edib. Hazırda iki ölkə arasında diplomatik böhran yaşanır.


21:46 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər