KANAL24.AZ
Az Iw En Ru

“Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır

Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib.

Məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina 1960-cı ildə Sovet İttifaqı dövründə tikilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bina İstiqlal Muzeyi olaraq fəaliyyət göstərir. Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Buradakı eksponatlar ölkənin əsrlər boyu xarici təcavüzlərə məruz qaldığından, zəngin təbii sərvətləri ilə dünyanın diqqətini özünə cəlb etdiyindən soraq verir.

Müəllif qeyd edir ki, muzeyi ziyarət edənlər Azərbaycan həqiqətləri, torpaqlarımızı zəbt edən mənfur ermənilərin işğalçılıq siyasəti haqqında da məlumat alırlar.

Muzeydə, həmçinin İslam dünyasında ilk demokratik, parlamentar, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin Sovet İttifaqı dövrü, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, onun ölkəmizin müstəqillik tarixindəki əvəzsiz xidmətləri, “Əsrin müqaviləsi” və Azərbaycan tarixi üçün əhəmiyyətli sayılan digər hadisələr, dövrlər haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London



17:21 13.02.2015
Xəbər lenti
Bütün xəbərlər