KANAL24.AZ
Az Iw En Ru

Bahar Muradova cəbhə bölgəsində

Milli Məclisin   sədr müavini Bahar Muradaova  cəbhə xəttindədir.
 
 Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə  cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib.
 
B. Muradova Fizuli rayon İcra Hakimiyyətinin (RİH)  başçısı Alı Alıyevlə  görüşüb və rayondakı ictimai-siyasi vəziyyət, eyni zamanda, cəbhə xəttində yaranmış durumla  bağlı  məlumat alıb.
 
Cəbhə bölgəsində olan Milli Məclisin vitse-spikeri  RİH başçısı ilə bir sıra tədbirlərdə iştirak edib.
 
B.Muradova təmas xəttinə yaxın Qazaxlar kəndində yerli əhali ilədə görüşüb. Onların vəziyəti ilə yerində tanış olan B. Murdova kənd sakinləri ilə görüşündə ölkə başçısının həyata keçirdiyi islahatlar, onun nəticələri, həmçinin,  Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında  geniş məlumat verib.
 
B.Muradova son məlum hadisələrə toxunaraq bildirib ki, Azərbaycan ordusu torpaqların keşiyində ayıq-sayıq durub və  azğın düşmənin istənilən həmləsinə cavab verməyə qadırdir.
 
B.Muradova  Azərbaycan ordusunun yeni “Lələtəpə zirvəsi”  kimi uğurlu hərbi əməliyyatlara  imza atacağını əminliklə vurğulayıb.
 
Bundan əlavə olaraq B. Muradova  rayon ərazisində yerləşən hərbi hissələrdə də olub,  zabit və əsgərlərlə görüşüb.

22:26 27.02.2017
Xəbər lenti
Bütün xəbərlər