KANAL24.AZ
Az Iw En Ru

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar bunlardır:
 
Kalsium.
 
Sümük və dişlərin möhkəmlənməsi üçün vacıb sayılır. Kalsium qanın laxtalanma prosesində iştirak edir və orqanizmdə qidanın enerjiyə çevrilməsində rol oynayır. Kalsium aşağıdakı qidalarda olur:
- qatıq
- süd
- pendir
- bişmiş ispanaq
 
Omeqa 3 və Omeqa 6.
 
Milli.Az immunitet.az-a istinadən bildirir ki, omeqa 6, bir çox qidaların tərkibində olur. Omeqa 3 isə ən çox balıq və balıq məhsullarında olur.
 
Dəmir
Dəmir qanda hemoqlabinin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmazlığı uşaqlarda yorğunluğa, zəifliyə və əsəbiliyə səbəb ola bilir.
Dəmir aşağıdakı qidalarda olur:
- mərci
- quru lobya
- dana əti
- noxud.
 
Maqnezium
 
Uşaqların sümük sistemini möhkəmləndirir, immun sistemi gücləndirir, sinir sisteminin düzgün çalışmasına yardım edir. Maqnezium aşağıdakı qidaların tərkibində olur:
- ispanaq
- fısdıq
- kişmiş
- mərci
- qatıq
- banan.
 
Kalium
Orqanizmin su-duz mübadiləsində iştirak edir, qan təzyiqinin normallaşmasına yardım edir. Ürək ritmlərinin normallaşmasına və əzələlərin yaxşı işləməsinə səbəb olur. Kalium aşağıdakı qidaların tərkibində olur:
- sobada bişmiş kartof
- ərik
- pomidor suyu
- portağal suyu
- bananda
 
A vitamini
 
Gözlər və sümüklərin inkişafı üçün lazımdır. Saç, dəri və dırnaqların inkişafı üçün yardımçı olur. A vitamini aşağıdakı qidaların tərkibində olur:
- yerkökü şirəsi
- ispanaq
- yumurta.
 
C vitamini
 
Sümüklərin, toxumaların, immunitetin möhkəmlənməsi üçün lazımdır. Aşağıdakı qidaların tərkibində daha çox C vitamini olur:
- portağal suyu
- qırmızı bibər
- kivi
- brokli kələmi
- pomidor.
 
D vitamini
 
Orqanizmdə kalsiumun bağırsaqlardan sorulmasına yardım edir. Sümükləri möhkəmləndirir. D vitamini aşağıdakı qidalarda olur:
- samon balığı
- yumurta sarısı.
Tərkibində E vitamini olan qidalar:
- badam
- ispanaq
- kivi.
 
Sink
 
Saçların, dırnaqların və dərinin sağlamlığı üçün lazımdır. Sink aşağıdakı qidaların tərkibində daha çox olur:
- mərci
- badam
- noxud
- toyuq budu.

00:21 26.02.2017
Xəbər lenti
Bütün xəbərlər