KANAL24.AZ
Az Iw En Ru

Amerikalı generalın gizli Suriya səfəri

ABŞ Mərkəzi Qüvvələr komandanı Cozef Votel dünən Suriyaya səfər edib.

Suriya Demokratik Qüvvələrinin sözçüsü Talal Sülo bəyan edib ki, general Votel onlara silah veriləcəyini deyib.

Prezident Obama dövründə də Votel Suriyaya belə səfərlər etmişdi. Ancaq Trampdan sonra ilk dəfədir general Cozef Votel İŞİD-ə qarşı döyüşən Suriya Demokratik Qüvvələrinin bir sıra komandirləri ilə görüşür.

Pentaqon general Votelin Suriya səfərini şərh etməyib.

Generaldan bir az əvvəl məşhur senator Con Makkeyin də Suriyaya səfər etmişdi.


23:59 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər