KANAL24.AZ
Az Iw En Ru

Romada atışma - Yaralılar var

Romanın cənubunda atışma baş verib.

 Paytaxt İdarə Polisinin məlumatına görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumatda deyilir: "Atışma baş verib. Nəticədə 3 italyan və bir ispaniyalı olmaqla 4 nəfər yaralanıb. İnsident barədə əlavə məlumat veriləcək".

"La Repubblica" qəzetinin yaydığı məlumata görə, atışma səhər saatlarında, yerli vaxtla 5 radələrində baş verib. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində hüquq-mühafizə əməkdaşları işləyir. Atışmanın ilkin səbəbi olaraq mübahisə ehtimal edilir.

 


21:38 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər