KANAL24.AZ
Az Iw En Ru

Tramp yüzlərlə zabitin ölüm əmrini verəcək – ŞOK İDDİA

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdini əvvəlcədən bilən Pentaqonun keçmiş əməkdaşı, təhlükəsizlik üzrə ekspert Mixail Rubin ABŞ prezidenti Donald Trampı Fətullah Güləni Ankaraya təslim etməməyə çağırıb.

Rubin Türkiyənin çevriliş qiyamının arxasında Gülənin dayandığını sübut edə bilmədiklərini iddia edib.

“Tramp Güləni verərək, Türkiyəni sakitləşdirmək istəyir. Lakin bu, həll yolu deyil. Tramp Güləni təhvil verərsə, bununla yeganə günahı NATO-ya xidmət etmək olan yüzlərlə zabitin də ölüm əmrini verəcək. Tramp böyük bir səhvin kandarındadır”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Avropa İttifaqında səfiri olacağı gözlənilən Ted Mallok Trampın Güləni Ankaraya təslim etməyə hazırlaşdığını açıqlayıb.


20:30 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər