KANAL24.AZ
Az Iw En Ru

Türkiyə NATO-ya geri çəkilməyi məsləhət gördü

Türkiyə NATO-dan Egey dənizindən geri çəkilməyi tələb edib.

 “Anadolu” agentliyi xəbər verir ki, müdafiə naziri Fikri İşık Brüsseldə qatıldığı toplantıda NATO-nun Egey dənizindən çəkilməli olduğunu söyləyib.

NATO-nun hərbi missiyası Egey dənizinə 2016-cı ilin fevralında qeyri-qanuni miqrant axınlarına qarşı mübarizə aparmaq üçün göndərilib. Lakin missiya qarşıya qoyulan vəzifəni lazımı şəkildə yerinə yetirməyib. Həmin vaxtdan Egeydən qeyri-qanuni yollarla miqrant axınların 90 faizinin qarşısını Türkiyə Sahil Təhlükəsizlik Xidməti alıb. Bu göstərici Yunanıstanda 7, NATO-da isə yalnız 3 faizdir.

Türkiyə NATO gücünün Egey dənizindən geri çəkilməsini 2016-cı ilin son aylarında da gündəmə gətirib. Türkiyənin israrlarına baxmayaraq, NATO, xüsusilə İngiltərə və Almaniya Ankaranın tələbinə müsbət yanaşmır.


18:36 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər