KANAL24.AZ
Az Iw En Ru

“Doris kabusu" Britaniyanı iflic etdi

Böyük Britaniyada tüğyan edən “Doris” qasırğası bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb.

Londonun Hitrou hava limanında onlarla reys təxirə salınıb.

Şotlandiyada iri avtomagistrallardan biri qar altında qalıb. Burada sürücülər yolu təmizləmək məcburiyyətində qalıb.

Şimali İrlandiyada 8 minə yaxın ev işıqsız qalıb.

Hidrometeoroloqlar yaxın günlərdə Şotlandiya ərazisində 30 santimetrədək qarın yağacağını proqnozlaşdırırlar.


14:59 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər