KANAL24.AZ
Az Iw En Ru

Trampın adamı Bakı görüşünün sirrini açdı

Mənim ruslarla hərbi əməkdaşlıq etməyim qadağandır.

Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Cozef Danford rusiyalı həmkarı Valeri Gerasimovla Bakıda həyata keçirdiyi toplantı barədə danışarkən deyib.

O bildirib ki, bu qadağa ABŞ konstitusiyasında qeyd olunub:

“Məni rus həmkarımla həyata keçirdiyi görüş siyasi dəyişikliklə bağlı deyildi. Aylar öncə planlaşdırılmışdı. Yəni dolayısı ilə bu görüşün hakimiyyətlə əlaqəsi yox idi”.

Danford onu da əlavə edib ki, görüş yanvar ayına planlaşdırsa da Trampın Pentaqonu ziyarətindən dolayı gecikib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov fevralın 16-da Bakıda Heydər Əliyev Mərkəzində bir araya gəlmişdi.


07:11 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər