KANAL24.AZ
Az Iw En Ru

Dünya reytinqi: Qurbanov və Qriqorçuk neçəncidir?

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə olduğu kimi yenə 452-ci yerdə qərarlaşıb. Onun hesabında 1361 xalı var. 

"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk isə 17 pillə irəliləyərək  852 xalla 625-ci yerdədir.

Qeyd edək ki, siyahıya "Real"ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir.  Luis Enrike ("Barselona") 2-ci, Dieqo Simeone ("Atletiko Madrid") isə 3-cüdür.

19:57 22.02.2017
Xəbər lenti
Bütün xəbərlər