KANAL24.AZ
Az Iw En Ru

"Çempionlar Liqasında məğlubedilməz komanda yoxdur"

İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi "Yuventus"u Çempionlar Liqasının favoriti hesab edir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:

""Yuventus"u Çempionlar Liqasının favoriti kimi qeyd etmək riyakarlıq olmazdı. Komandanın 2015-ci ildə finalda uduzandan sonra daha güclü olmasını demək də düzgün deyil. Müşahidə etdiyim başlıca amil - "Yuventus"un böyük oyunlarda qalib gəlmək və öz imkanlarına inamı güclənib. Digər faktor odur ki, Çempionlar Liqasında məğlubedilməz komanda yoxdur. "Barsa" mübarizəni dayandırmaq üzrədir, "Bayern Munich" "Arsenal"ı 5:1 hesabıyla darmadağın edib".


15:25 22.02.2017
Xəbər lenti
Bütün xəbərlər