KANAL24.AZ
Az Iw En Ru

"Ardanı satmırıq"-Barcadan cavab gecikmədi

“Barselona” türkiyəli futbolçusu Arda Turanla bağlı daha bir təklifə “yox” cavabı verib.

Türkiyə mətbuatı xəbər verir ki, Kataloniya klubu Çin klublarından birinin 60 milyon avroluq təklifinə mənfi cavab verib. Xəbərdə Ardanın menecerinin rəhbərliyə “Çempionlar Liqasında da şansınız azdı, Ardanı buraxın getsin” dediyi, ancaq klub rəsmilərinin fikrini dəyişmədiyi qeyd edilib. Rəhbərlik son təklifə də “Ardanı satmırıq” cavabını verib.

Hazırda zədəli olan Arda cari mövsümdə “Barsa”nın heyətində meydana çıxdığı 25 oyunda 11 qola imza atıb.


18:10 21.02.2017
Xəbər lenti
Bütün xəbərlər