KANAL24.AZ
Az Iw En Ru

Toya üç gün qalmış nişanı qaytarmaq?

Dünyada mükəmməl insan yoxdur Hər kəsin özünə görə çatışmayan tərəfi vardır. Başqasında qüsur axtarırıq, ancaq özümüz qüsursuz, mükəmməl deyilik? İnsanı sevdiyi şəxsə bağlayan amil onda önə çıxan müsbət cəhətləridir. Yaxşı xüsusiyyətləri görərək həyat yolumuza davam etməliyik.

Gülü sevən tikanına qatlanır. Aşağıdakı maddələri oxuyaraq özünüzü test edin, yanlışlarınızı və problemlərə baxış tərzinizi bir daha nəzərdən keçirin.

1 - Ən adi bir oyununun da öz qaydaları var. Əgər mübaihsə edərkən "həddi aşmırsınızsa", aranızda hörmət gözləyirsinizsə, deməli qorxulu bir şey yoxdur.
2 - Qarşı tərəfə üstün gəlməyə çalışmayın. Çünki hər iki tərəf haqlı və ya haqsız ola bilər.
3 - Fikirlərinizi dəqiq ifadə edin. Sizi maraqlandıran məsələlərin üzərində durun.
4 - İki tərəfi də qane edən nəticələr əldə etməyə çalışın.
5 - Özünüzü tanımağa çalışın. Əsəbi vaxtlarınızda necə reaksiya verdiyinizi öyrənin.
6 - Uzun-uzadı mübahisələrdən qaçmağa çalışın.
7 - Qarşı tərəfi sakitləşdirin və tez-tez onu dinlədiyinizi hiss etdirməyə çalışın.
8 - Səmimi olun. Günahı yox, günahsızlığı görməyə çalışın.
9 - Onun sizə etibar edərək verdiyi sirləri ona qarşı silah kimi istifadə etməyin.
10 - Əvvəlcədən hökm verməyə çalışmayın. Ədalətli olun.
11 - Unutmayın! Mübahisə etmək düşmən olmaq demək deyil.
12 - Əgər aranızda küskünlük yaranıbsa, vaxt itirmədən həmən barışın.
13 - Sizə yad olan hərəkətlərdən uzaq olun. (Üzük atmaq, qapı çırpmaq və s. kimi). Sonra peşman ola bilərsiniz.
14 - Mübahisə edərkən hər şeyin qurtardığını düşünməyin.


04:40 20.02.2017
Xəbər lenti
Bütün xəbərlər