KANAL24.AZ
Az Iw En Ru

Bakıda kafedə qadını döyüb, telefonunu alan kişi tutuldu

Bakıda qadına qarşı quldurluq edilib.

Göyçay sakini, 1964-cü il təvəllüdlü Vəzirova Qumru Vaqif qızıQaradağ Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, quldurluq hadisəsi ilə üzləşib. Qızıldaş qəsəbəsindəki kafelərdən birində naməlum şəxs ona hücum edərək döyüb. Daha sonra həmin şəxs 53 yaşlı qadının mobil telefonunu və pul kisəsini götürüb.

Dərhal əməliyyət-axtarış tədbirlərinə başlayan 38-ci Polis Bölməsinin əməkdaşları çox keçmədən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Qax sakini, 1989-cü il təvəllüdlü Rəvan Yusifovu saxlayıblar. Bölməyə gətirilən 28 yaşlı Rəvan əməlini etiraf edib. Onun üzərinə baxış zamanı quldurluq yolu ilə əldə etdiyi telefon və pul kisəsi aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, istintaq gedir.


23:33 19.02.2017
Xəbər lenti
Bütün xəbərlər