KANAL24.AZ
Az Iw En Ru

Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI

İngilis alim Rob Hobson kişilərin qidalanması ilə bağlı araşdırma aparıb. Mütəxəssisin tədqiqatının məqsədi kişilərin sağlamlığı və cinsi gücünün artırılması olub. R. Hobson kişilərin mütləq yeməsi lazım olan 9 qidanı açıqlayıb.

 

Qırmızı ət: Bədən müqavimətini artırır, infeksiyadan sonra yaxşılaşmağı sürətləndirir.

 

Qırmızı bibər, pomidor: Tərkibində bol olan C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Eyni zamanda, sperma keyfiyyətini artırır.

 

Yağlı balıqlar: Somon və ton balığı sağlam yağlarla zəngindir, ürək xəstəlikləri riskini artıran qan təzyiqi və xolesterolun düşməsinə kömək edir.

 

Fındıq: Maqnezium, E və B vitamini ilə zəngini olan fındıq ürək sağlamlığını qoruyur.

 

Qabıqlı dəniz məhsulları: Sink baxımından zəngin olan bu qidalar saç tökülməsinin qarşısını almaq üçün təsirlidir.

 

Lobya: Liflə zəngin bu qida diabet və ürək xəstəliklərinə qarşı qoruyucu vəzifə yerinə yetirir.

 

Yumurta: Xərçəngin qarşısını almaq təsiri çox yüksəkdir.

 

Yulaf: Diabet və ürək xəstəlikləri riskini azaldır, qan şəkərini tənzimləyir.

 
 
 

15:55 17.02.2017
Xəbər lenti
Bütün xəbərlər