KANAL24.AZ
Az Iw En Ru

Kosovoda ordu yaradılır

Qondarma Kosovo dövlətinin “parlamenti” dünən axşam Silahlı Qüvvələrin yaradılmasına dair qətnamə qəbul edib, bu barədə Kosovo Radio və Televiziyası (KRT) məlumat yayıb. 

Hakim və müxalif koalisiyalar tərəfindən dəstəklənən qətnamə 68 səslə qəbul edilib. 

İclası boykot edən “Serb siyahısı” partiyasının parlamentariləri istisna təşkil ediblər. 

“Kosovo hakimiyyəti mümkün qədər tez bir müddətdə koordinasiyaya başlamaq və ölkənin Təhlükəsizlik Qüvvələrinin transformasiyası strategiyasının parlamentə təsdiq üçün təqdim etməyə dair səlahiyyətlər alır”, - parlamentdən alınan məlumatdan KRT sitat gətirib.
 
“NATO-ya inteqrasiyanın alternativi yoxdur, Kosovo parlamenti və hökuməti Kosovonun Silahlı Qüvvələrinin yeni mandatına müvafiq olaraq əməliyyat imkanlarının inkişafı məqsədilə NATO və ABŞ ilə birgə səyləri razılaşdırmalıdırlar”, - qətnamənin mətnində deyilir. 

Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç fevralın əvvəlində bəyan etmişdi ki, Priştin administrasiyası BMT-nin Təhlükəsizlik Şurasının 1244 qətnaməsinə müvafiq olaraq Kosovonun Silahlı Qüvvələrini formalaşdıra bilməz və bu qərar qanunsuzdur. 

2008-ci ilin fevral ayının 17-də Priştində Kosovo-alban strukturları birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Bu respublikanı Serbiya, Suriya, Rusiya, Çin, Azərbaycan, İsrail, İran, İspaniya, Yunanıstan və bir sıra digər ölkələr tanımır. 


20:13 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər