KANAL24.AZ
Az Iw En Ru

Canlı yayımda xəbər oxuyan aparıcını öldürdülər

Dominikan Respublikasında Luis Manuel Medina adlı radio aparıcısı feysbukun canlı yayımında xəbər oxuyarkən öldürülüb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, hadisə San-Pedro de Macoris şəhərindəki ticarət mərkəzində yerləşən radio studiyasında baş verib.

Medina xəbər oxuyan zaman naməlum şəxslər studiyaya gəliblər. O, həmin şəxsləri görəndə özünü itirib, lakin xəbər oxumağa davam edib.

Radionu dinləyənlərin dediyinə görə, əvvəlcə radiodan zəif səslə "atəş açırlar" sözləri eşidilib, daha sonra isə güclü silah səsləri gəlib.

 

Atışma zamanı 103.5 HICC radiostansiyasının müdiri Leo Martinez də öldürülüb.

Silahlı hücumla əlaqədar 3 şübhəli saxlanılıb. Cinayətlə bağlı araşdırma aparılır.


17:44 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər