KANAL24.AZ
Az Iw En Ru

Texas qasırğanın əlində acizdir

Texas ştatının iri şəhərlərindən olan Hyuston şəhəri sahillərinə silsilə qasırğa yaxınlaşıb.

Trend-in məlumatına görə, yerli hidrometerioloji idarənin verdiyi məlumata görə, qasırğa barədə xəbərdarlıq verib. Güclü qasırğa şəhərdə elektrik təchizatına ziyan vurub, 4 ev tamam dağılıb. Güclü qasırğanın ardınca zəif qasırğalar da qeydə alınıb.

Ümumilikdə ştatda qasırğalardan azı 6 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalarda yerləşdirildiyi barədə məlumat verilib.

Daha öncə ABŞ-ın cənubunda Luiziana ştatında silsilə qasırğalar nəticəsində 30 nəfər xəsarət almışdı.


16:45 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər