Şimali Koreya lideri Kim Çen Inın qardaşının qətli ilə bağlı yeni iddialar ortaya atılıb.
45 yaşlı Kim Çen Nama qarşı sui-qəsdin arxasında Şimali Koreya lideri durur.
İddialara görə, Kim Çen Nama 2 qadın həmyerlisi zəhərli iyrə vurub. Həmin qadınların taksiyə əyləşərək hadisə yerindən qaçdıqları deyilir. Ehtimal edilir ki, şimali koreyalı qadınlar sifarişlə Kim Çen Namı öldürüblər.
Bir çox xarici KİV-lərdə yer alan xəbərə görə, Kim Çen Namın Malayziyadakı qətlinin sifarişçisi qardaşı Kim Çen Indır. KİV-lərin yazdığına görə, Kim Çen Nam əmisinin edam olunmasından sonra Şimali Koreyadan qaçaraq Malayziyaya yerləşib. Onun yeznəsinin də Kim Çen In tərəfindən xüsusi qəddarlıqla öldürüldüyü məlum olub.