KANAL24.AZ
Az Iw En Ru

İranda idarə rəisi güllələndi

İranın Kirman əyalətinin Kəhnuc şəhərində vətəndaşların qeydiyyat idarəsinin rəisi Fəhim Vəziri naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. 

Hadisə axşam saatlarında Fəhim Vəziri işdən evinə qayıdarkən baş verib. 

Motosiklet sürən və üzlərinə maska taxan iki naməlum silahlı şəxs Fəhim Vəziriyə yaxınlaşaraq, odlu silahdan bir neçə dəfə ona atəş açıblar. Ağır güllə yarası alan idarə rəisi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hücumçuların hadisədən sonra naməlum istiqamətdə qaçdığı bildirilib. Cinayətin səbəbləri hələlik bəlli deyil.(Teleqraf.com)

 


15:38 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər