KANAL24.AZ
Az Iw En Ru

192 həkimin diplomu saxta çıxdı

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

Nazirliyin Hüquq və daxili nəzarət sektorundan verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

“Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə, 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, - deyə nazirlikdən bildirilib.


23:03 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər