KANAL24.AZ
Az Iw En Ru

Burun qanaxmasının 8 səbəbi

Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır.
 
Bu qanaxmaların 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi lazım olur. Burun qanaxmasının 8 əsas səbəbini təqdim edirik: 
1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə – Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir. 
2. Travmalar – Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır. 
3. Burun çəpərində əyrilik – Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar. 
4. İstilik sistemləri – Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.
5. Şişlər – Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir. 
6. Hormonal pozğunluq – Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir. 
7. Ürək-damar xəstəlikləri – Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur. 
8. Hemofiliya (qanın laxtalanmaması) – Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir

19:27 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər