KANAL24.AZ
Az Iw En Ru

"Berlin və Paris Avropanın birləşdirilməsinə rəhbərlik etməlidir”

Berlin və Paris Avropaya inteqrasiyanın lokomotivi olmalıdır.

Bunu Fransa Baş naziri Bernar Kaznyovla görüşü zamanı Almaniya kansleri Angela Merkel söyləyib. O, hər iki ölkənin bütün istiqamətlərdə sıx əməkdaşlıq etdiklərini bildirib.

Fransa baş naziri isə öz növbəsində Avropadakı vəziyyətdən narahat olduğunu söyləyib:

“Avropada populistlərin səslərinin daha ucadan gəldiyi bir məqamda biz vahid Avropaya şübhə ilə yanaşanlara cavab verməliyik. Berlin və Paris Avropanın birləşdirilməsinə rəhbərlik etməlidir”.

Qeyd edək ki, bu, Kaznyovun baş nazir təyin edildikdən sonra xaricə ilk səfəridir.


19:13 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər