KANAL24.AZ
Az Iw En Ru

Melani Trampı təhqir edən jurnalist cəzalandırıldı

“Nyu York Tayms” qəzetinin redaktorları ABŞ-ın birinci xanımı Melani Trampı fahişə adlandıran müxbirə töhmət verib.

Bu barədə “Politiko” qəzeti yazıb.

Bildirilib ki, qəzet rəhbərliyi jurnalistin bu ifadəsini həddən artıq yersiz adlandırıb.

“Bu açıqlama ictimaiyyətə açıq şəkildə deyilməməlidir, amma buna baxmayaraq, bu, həddən artıq yersiz ifadədir və belə bir hal baş verməməlidir. Redaktorlar jurnalistlə bu məsələ ilə bağlı danışıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, adı açıqlanmayan jurnalistin Melani Trampı təhqir etməsi məsələsi model Emili Ratakovski tərəfindən ortaya çıxarılıb. Model Tvitterdə yazıb ki, Nyu Yorkda keçirilən moda həftəsi zamanı onun yanında oturan jurnalist xanım Tramp haqqında həmin ifadəni işlədib.


19:11 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər