KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə ikinci çevriliş olacaq - Almaniya

Türkiyə hökuməti ölkə konstitusiyasına qarşı çevrilişə cəhd edir.

Bu sözləri Almaniya Federal Məclisinin sədri Norbert Lammert Berlində çıxışı zamanı deyib.

“Türkiyə ikinci hərbi çevrilişi yaşayacaq. Birinci dəfə demokratik yolla seçilmiş hökumətə qarşı iyulun 15-də hərbi çevrilişə cəhd edildi. Daha sonra isə hökumət öz konstitusiyasına qarşı çevrilişə cəhd edir və demək olar ki, yavaş-yavaş bu məqsədinə çatır”, - Lammert bildirib.

Qeyd edək ki, Lammert “ikinci çevriliş cəhdi” deyərkən, Türkiyədə aprelin 16-da konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumu nəzərdə tutub.


18:58 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər