KANAL24.AZ
Az Iw En Ru

Malena Mard: “Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir”

“Hazırda Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq münasibətləri həyata keçirir”.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Diplomat deyib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın daha çox inkişafında maraqlıdır.

M.Mard ötən həftə Prezident İlham Əliyevin Belçika səfərinin əhəmiyyətinə də toxunub:

“Prezident İlham Əliyev də bu yaxınlarda Brüsseldə əhəmiyyətli görüşlər keçirdi. Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan bir sıra sazişlər əməkdaşlığın daha çox inkişafına töhfə verəcək”.


17:59 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər