KANAL24.AZ
Az Iw En Ru

Ərdoğandan İranla bağlı çağırış - Sensasiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyn səfəri zamanı etdiyi çıxışında dünya müsəlmanlarına səslənib.

Ərdoğan çıxışı zamanı Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini bildirərək, İranın işğalçılıq siyasətini sərt şəkildə tənqid edib.

“Biz Suriyanın parçalanmasını istəmirik. Suriyanın parçalanmasına əleyhinəyik, amma bilin ki, kimlərsə həm Suriyanın, həm İraqın parçalanmasını istəyirlər. İraqın bölünməsi işlərini aparanlar var. Orada məzhəbi savaşı ilə yanaşı, eyni zamanda etnik savaş da var. Çünki orada da bir fars millətçiliyini ortaya atıblar. Bu fars millətçiliyi ilə də İraqı parçalamaq istəyirlər.

Bunların qarşısını almağımız lazımdır. Oxşar vəziyyət Suriyada da var. Suriyada da bu yöndə gedən proseslərin qarşısını almağımız lazımdır. Bunun üçün də təbii ki Körfəz ölkələrinin, bizim üzərimizə düşən nə varsa, bunları birlikdə etməliyik. Çünki biz zülmə tamaşaçı qala bilmərik, qalmayacağıq”, - deyə Ərdoğan qeyd edib.


16:07 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər